Volkan Konakın həyat yoldaşından təsirli paylaşım: "Qapqara 30 mart gecəsi..."
Far.Az xəbər saytı

Volkan Konakın həyat yoldaşından təsirli paylaşım: "Qapqara 30 mart gecəsi..."


Səhnədə ürəktutmasından vəfat edən müğənni Volkan Konakın həyat yoldaşı Selma Konak onunla bağlı sosial şəbəkədə paylaşım edib. 

Far.Az xəbər verir ki, sənətçi mərhum həyat yoldaşının ailə məclisi zaman çəkilən görüntülərini paylaşaraq onun vəfatına görə dərin kədər hissi keçirdiyini vurğulayıb. 

"Qara... Qapqara 30 mart gecəsi... Mən canımı itirdim. Bizimki bir eşq hekayəsi deyil idi. Əsl eşq idi. Hər anı birlikdə yaşadıq. Hər anı bir-birimizə həsr etdik. Qara dəniz kimsəsiz qaldığı kimi mən də sənsiz yarım qaldm. Mənim şair ruhlu Volkanım ..." -deyə o qeyd edib. 

Volkan Konakın 30 mart gecəsi Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib. Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb. O 58 yaşında idi. 

Oxşar xəbərlər

Həmkarları Volkan Konakı göz yaşları içində andı
Volkan Konaka ilk tibbi yardımı edən həkim: "O gənc böyüdü və səni xilas etməyə çalışdı"
Volkan Konak vəfat etdi
Səhnədə vəfat edən müğənninin həyatını xilas etmək olardı?
Müğənninin vida mərasimində İZDİHAM - Qızının halı pisləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər