İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "Aviasiya Enerji Forumu 2025" mayın 13-15-i tarixlərində Bakıda keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev bildirib.
Onun sözlərinə görə, Aviasiya Enerji Forumu Qafqazda ilk dəfə keçiriləcək.
Məlumata əsasən, forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər "Xalis Sıfır" emissiya ("Net Zero Emissions") hədəfinə nail olunması istiqamətində fikir mübadiləsi aparılacaq.
S. Rzayev qeyd edib ki, AZAL-ın dəstəyi ilə baş tutacaq bu mötəbər forumda 50-dən çox ölkənin nümayəndəsi, 60-dan çox aviaşirkət və 550-dən artıq qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək:
"Azərbaycan və AZAL olaraq Aviasiya Enerji Forumuna ev sahibliyi etməklə qlobal aviasiya gündəminə töhfə verməkdən, beynəlxalq tərəfdaşlıqları genişləndirməkdən və ölkəmizin regionun aviasiya mərkəzi kimi mövqeyini gücləndirməkdən qürur duyuruq".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













