"TİSA" Macarıstan parlamentindəki 199 yerdən 141-ni qazanıb
Avropa Parlamentinin üzvü Peter Macyarın rəhbərlik etdiyi müxalifət partiyası "TİSA" Macarıstan seçkilərində qələbə qazanaraq Milli Assambleyadakı (təkpalatalı parlament) 199 yerdən 141-ni qazanıb.
"Report" xəbər verir ki, bunu Milli Seçki Bürosu seçicilərin bütün 100%-nin səslərinin sayılmasını başa çatdırdıqdan sonra açıqlayıb.
"TİSA"nın əsas rəqibi, Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi "FİDES" partiyası və Xristian Demokratik Xalq Partiyasından (CDNP) ibarət hakim koalisiya parlamentə cəmi 52 mandat qazanıb.
Laslo Toroçkayın rəhbərlik etdiyi ifrat sağçı "Vətənimiz" partiyası altı yeri əlində saxlaya bilib. Qalan partiyalar parlamentə düşmək üçün 5%-lik həddi keçə bilməyiblər.
Qeyd edək ki, parlament seçkilərində 5.988.000-dən çox insan səs verib.
Oxşar xəbərlər
Macarıstanda parlament seçkiləri başa çatıb, səslərin sayılmasına başlanılıb - YENİLƏNİB-5
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Macarıstanda parlament seçkilərində rekord fəallıq qeydə alınıb - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













