Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran Antalya Diplomatiya Forumu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
"Report" xəbər verir ki, Burhanəddin Duran bu barədə "X"dəki hesabında yazıb.
"Antalya Diplomatiya Forumu (#ADF2026) çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, əziz qardaşım Hikmət Hacıyevlə görüşdük.
Türkiyə ilə Azərbaycan arasında dərin köklərə malik qardaşlıq əlaqələri ortaq tariximiz və güclü əməkdaşlıq ruhu ilə dəstəklənən hər sahədə möhkəmlənməyə davam edir.
Görüşdə kommunikasiya, media və ictimai diplomatiya sahələrində atıla biləcək birgə addımlara diqqət yetirdik.
Dezinformasiya ilə mübarizə, etibarlı məlumatları effektiv şəkildə yayılması və strateji kommunikasiyalarda koordinasiyanı gücləndirmək barədə razılığımızı bir daha təsdiqlədik.
Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi vizyona uyğun olaraq, dost və qardaş Azərbaycanımızla sıx əlaqədə güclü əməkdaşlığımızı davam etdirəcəyik", - B.Duran yazıb.
Antalya Diplomasi Forumu (#ADF2026) kapsamında, Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı Yardımcısı, kıymetli kardeşim Hikmet Hacıyev ile bir araya geldik.
— Burhanettin Duran (@burhanduran) April 17, 2026
Türkiye ile Azerbaycan arasındaki köklü kardeşlik bağları, ortak tarih ve güçlü iş birliği anlayışıyla her alanda güçlenmeye… pic.twitter.com/BOJckiIZOt
Hikmət Hacıyev də "X"dəki hesabında B.Duranın paylaşımını dərc edərək, "Faydalı və səmərəli görüşümüz üçün təşəkkür edirəm Qardaşım!!!", - sözlərini yazıb.
Faydalı və səmərəli görüşümüz üçün təşəkkür edirəm Qardaşım!!! https://t.co/ve8qmksNlT
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 17, 2026
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Fars": İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb













