Kürdəxanıdakı obyektdə yanğın məhdudlaşdırılıb
Far.Az xəbər saytı

Kürdəxanıdakı obyektdə yanğın məhdudlaşdırılıb


Kürdəxanıdakı obyektdə yanğın məhdudlaşdırılıb. 

Bu barədə FHN-dən məlumat verilib. 

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

***11:20

Kürdəxanı qəsəbəsində obyektdə baş verən yanğın hadisəsi ilə bağlı yeni görüntülər yayılıb. 

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. 

Görüntülərdə yanan əraziyə xeyli sayda FHN əməkdaşlarının cəlb edildiyi öz əksini tapıb. 

***10:12

Bakıda daha bir ərazidə yanğın hadisəsi baş verib. 

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. 

Məlumata görə, daha bir obyektdə yanğın qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda obyekt yanır
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Bakıda anbarda baş verən yanğın SÖNDÜRÜLDÜ - yol açıldı
Bakıda mebel və taxta materialları sexindəki yanğın tam söndürülüb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər