Bu robotlar 5 ilə həkimləri əvəz edəcək
Robot cərrahlar beş il ərzində insan həkimlərini geridə qoya bilər.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask deyib.
Sahibkar onun Neuralink şirkəti tərəfindən hazırlanmış robotları oxşar avtomatlaşdırılmış sistemlər adlandırıb. Maskın sözlərinə görə, mövcud modellər artıq bir sıra əməliyyatların öhdəsindən gəlir və gələcəkdə ixtisaslı mütəxəssislər səviyyəsinə çatacaq.
O, həmçinin əlavə edib ki, gələcəkdə əksər əməliyyatlar xəta riskini minimuma endirmək üçün belə texnologiyalardan istifadə edilməklə həyata keçiriləcək.
Mask keçən ilin əvvəlində beyninə Neuralink çipi taxılan ilk xəstənin vəziyyətinin yaxşı olduğunu söyləyib. Eyni zamanda çiyinlərindən aşağı iflic olan 29 yaşlı Nolan Arbo demək olar ki, bütün günü cihazdan istifadə etdiyini bildirib. Daha sonra cihaz ikinci xəstənin beyninə implantasiya edilib.
Biznesmen Neuralink-in ilk dəfə olaraq insan beyninə "Blindsight" görmə çipini implantasiya etmək planlarını da təsdiqləyib. Onun sözlərinə görə, xəstənin görmə qabiliyyəti ilkin olaraq aşağı olacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













