"Qarabağ" ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək
Far.Az xəbər saytı

"Qarabağ" ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək


"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb.

Bu barədə "Far.Az" Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Aparılan yenilənmə və bərpa işlərindən sonra bölgə təmsilçisi ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək.

Komanda Misli Premyer Liqasının XI turunda "Turan Tovuz"u sözügedən arenada qəbul edəcək.

Əvəzində isə "Qarabağ"ın mövsümün əvvəlki oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda renovasiya və yenilənmə işlərinə start veriləcək.

Qeyd edək ki, "Azersun Arena" ötən mövsümün sonlarında bərpa işləri üçün bağlanmışdı.

Oxşar xəbərlər

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər