Far.Az xəbər saytı
Far.Az xəbər saytı
“Azərişıq” Binə qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir - FOTO/VİDEO
Far.Az xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri çərçivəsində Xəzər rayonunda nəzərdə tutulan 27 yeni güc mərkəzindən 20-si artıq quraşdırılıb.
Bir sıra komplekt transformator məntəqələrdə (KTM) son tamamlanma işləri həyata keçirilir. Rayonun 45 minə yaxın abonenti olan Binə qəsəbəsinin də elektrik şəbəkəsi yenidən qurulur. Binə qəsəbəsində 9 ədəd yeni güc mərkəzi layihələndirilib. Bunlardan 5-i tamamlanıb, 4-ündə isə tamamlanma işləri görülür.
Binə Sovxoz ərazisində də tələbata uyğun olaraq yeni güc mərkəzi yaradılır. Qəsəbədə 0,4 və 6 kV-luq elektrik xətləri yenisi ilə əvəzlənir, izolyasiyalı naqillər çəkilir, müasir tipli dayaqlar əkilir, köhnə sayğaclar yenilənir. Bir sıra ərazilərdə elektrik enerjisinin verilişində yaranan çətinliklərin aradan qaldırılması üçün 6/10 kV-luq hava xətlərində təmir işləri aparılır.
Abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC yenidənqurma işlərini ölkənin bütün regionlarında, həmçinin Qarabağ və Şərqi Zəngəzurda paralel şəkildə davam etdirir.
Far.Az
VİDEO
QALEREYA
Oxşar xəbərlər
“Azərişıq” Binə qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir
"Azərişıq" Binə qəsəbəsində yenidənqurma işləri aparır
“Azərişıq” Gədəbəydə elektrik şəbəkəsini yeniləyir - VİDEO
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi
















