Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
Far.Az xəbər saytı

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bugünkü prosesdə şahidlərin dindirilməsi başa çatıb.

Bu gün məhkəmədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. "Boz kardinal" evindən qoşulduğu prosesdə Əli Kərimli ilə bağlı sualları cavablandırıb.

Ondan sonra isə son olaraq Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.

Bununla da bütün şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də iş materiallarının tədqiqi başlayacaq.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər