Dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.
AVF-dən "Far.Az"a verilən məlumata görə Bakı Su İdmanı Sarayında təşkil olunan turnirdə müxtəlif dövlət qurumlarından 11 kişi, 6 qadın komandası iştirak edib.
Qadınlar arasında Yeganə Feyzullayeva və İlahə Qüdrətova (AZAL) birinci olublar. Ləman Qabilli və Günel Xanlarova (Dövlət Gömrük Komitəsi) ikinci, Aytən Hüseynəliyeva və Səmiyə Babayeva (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) üçüncü yeri tutublar.
Kişilər arasında Pərviz Səmədov və Tərxan Cəbrayılov (Fövqəladə Hallar Nazirliyi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elməddin Dadaşov və Elçin Orucov (SOCAR-1) ikinci, Namiq Hüseynov və Sahil Cəfərov (SOCAR-2) isə üçüncü pillədə qərarlaşıblar.
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq
AZAL 2024–2025-ci illər üzrə payız-qış uçuş cədvəlini açıqlayıb
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Tailandda helikopter qəzası olub, xəsarət alanlar var













