Qubadlıda yerləşən seçki məntəqəsi lazımi avandanlıqlarla təmin edilib
Far.Az xəbər saytı

Qubadlıda yerləşən seçki məntəqəsi lazımi avandanlıqlarla təmin edilib


İşğaldan azad edilən Qubadlının Xanlıqlar kəndində yerləşən seçki məntəqəsi bütün lazımi avandanlıqlarla təmin edilib.

Bunu "Far.Az"un Qarabağa ezam olunmuş müxbirinə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 60 saylı Seçki Məntəqəsinin sədri Akif Mirzəyev deyib.

O bildirib ki, məntəqə üzrə səs verən seçicilərin hamısı təsdiq olunub, bildirişlər paylanılıb:

"Məntəqə üzrə 833 seçicimiz var. Onlardan biri ilk dəfə seçkilərdə iştirak hüququ qazanıb. Seçici fəallığının yüksək olacağını gözləyirik. Bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində də məntəqə fəaliyyət göstərib və fəallıq yüksək olub".

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Foto: Vüqar Xanlarov

Oxşar xəbərlər

Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Məntəqə sədri: Artıq seçkiyə tam hazırıq, seçicilərə bildirişlər paylanılıb
Xankəndidə seçkiyə hazırlıq necə gedir? - FOTO
Azad olunmuş Ağdamda 4, Xocalıda 3 seçki məntəqəsi formalaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər