Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib
Far.Az xəbər saytı

Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib


Serbiya parlamentinin sədri və dövlət başçısının səlahiyyətlərini icra edən Aleksandr Çupiç dekabrın 27-də prezident seçkilərinin keçirilməsi haqqında qərar imzalayıb.

"Far.Az" xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

"Hörmətli Serbiya vətəndaşları, Konstitusiyanın maddəsinə uyğun olaraq dekabrın 27-nə Serbiya prezidenti seçkilərini təyin edirəm", - o, sənədi imzaladıqdan sonra bildirib.

Daha əvvəl A.Çupiç bildirib ki, oktyabrın 25-də parlament seçkilərində qalib gələn "Tələbə siyahısı" hərəkatının prezident postuna namizədi var, lakin onun adını açıqlamayıb.

Dövlət başçısı postuna namizədin "Tələbə siyahısı"nın həmtəsisçilərindən biri, Serbiya Elm və İncəsənət Akademiyasının akademiki, Belqrad Dövlət Universitetinin kimya fakültəsinin professoru Radomir Saiçiç olacağı gözlənilir.

Oxşar xəbərlər

Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər