İşarət dili yalnız dörd televiziya kanalına tətbiq ediləcək
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa əlavə edilən 12.1-ci maddəyə əsasən televiziyalarda işarət dilinin tətbiqi yalnız dövlət büdcəsi hesabına maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları üçün nəzərdə tutulub".
Far.Az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.
O qeyd edib ki, bu kateqoriyaya "Azərbaycan Televiziya və Radio Verilişləri QSC"nin üç redaksiyası: AzTV, "İdman TV" və "Mədəniyyət TV", həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İTV redaksiyası aiddir:
"Bu əlavə, praym-taym zamanı - həftəiçi saat 19:00-23:00, həftəsonu və qeyri-iş günləri saat 17:00-23:00 aralığında - təqdim edilən informasiya proqramlarını - xəbər buraxılışlarını əhatə edir və digər janrda olan proqramlara şamil edilmir. Qeyd olunan yayımçıların prosesə başlaması üçün, təbii ki, müvafiq vaxt aralığı tələb olunur. Bu istiqamətdə Şura yaxın vaxtlarda yayımçılarla görüşlərin təşkili, onların hazırlıq vəziyyətlərinin öyrənilməsini planlaşdırır. Həmin görüşlərdən sonra konkret başlama vaxtını müəyyən etmək mümkün olacaq. Düşünürük ki, surdotərcümənin qısa zamanda tətbiq edilməsi mümkündür".
O bildirib ki, öhdəliyi olan yayımçıların mütəmadi monitorinqləri də Şura tərəfindən aparılacaq. Sanksiya və cəza tədbirləri ilə bağlı konkret qanunvericiliyin tələbləri müəyyən edilməsə də, Şura nəzarət mexanizmini müntəzəm icra edəcək:
"Özəl yayımçıların qanundakı son dəyişikliklərlə bağlı konkret öhdəliyi yoxdur. Amma onların bu prosesə cəlb olunması arzuolunandır. Şura həmin yayımçıların təşviq edilməsi, məlumatlandırılması istiqamətində maarifləndirici tədbirlər də nəzərdə tutur. İşarət dilinin tərcüməsini müvafiq təhsil və ixtisasa malik şəxslər həyata keçirirlər. Surdotərcüməçilərin kriteriyalarının müəyyən edilməsi, işə qəbul edilməsi məsələsində Şuranın hər hansısa bir rolu yoxdur. Bununla bağlı proses şəxs və televiziya kanalı arasında işçi - işə götürən münasibətləri çərçivəsində həll ediləcək və bütün öhdəlik yayımçılara məxsus olacaq".
Oxşar xəbərlər
Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub
Azərbaycanda televiziyalara YENİ TƏLƏB - İşarət dilinə tərcümə OLACAQ
Audiovizual Şura ilə Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında memorandum imzalanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













