IX ANİMAFİLM Festivalına 60-dan çox ölkədən 347 animasiya göndərilib
13-17 may 2026-cı il tarixində IX ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, festival Azərbaycan Animasiya Assosiasiyasının və "ANİMAFİLM" MMC-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Kino Agentliyinin və "Yaradıcı Mərkəz"in dəstəyi ilə baş tutacaq.
Festival çərçivəsində tədbirlər Nizami Kino Mərkəzi, dünyada ilk muzey-gəmi olan "Suraxanı" gəmi-muzeyi və "Fluxus Space" qalereyasında keçiriləcək.
Festival zamanı tamaşaçılar zəngin müsabiqə və müsabiqədənkənar proqramları izləyəcək, xarici animasiya müəllifləri ilə görüşəcək, "İsi və Piti" uşaq animasiya serialının, "Yulaf dönərgə" qısametrajlı animasiya filminin premyeralarının şahidi olacaqlar.
ANİMAFİLM Festivalında qonaqlara "ANİMAFİLM School: Stop-motion" ustad dərsi, yerli və xarici animasiya layihələrinin 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsi, "ANİMAFİLM" jurnalı, "OSCAR" və "BAFTA" mükafatlarına layiq görülmüş animasiya filmləri təqdim olunacaq.
Qeyd edək ki builki festivala dünyanın 60-dan çox ölkəsindən 437 animasiya filmi göndərilib. Rəsmi müsabiqə proqramına 20 müxtəlif ölkəni təmsil edən ümumilikdə 31 film daxil edilib.
Oxşar xəbərlər
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır













