"Qalatasaray"dan "transfer bombası" - Musleranın yerinə dünya ulduzu gəlir
Far.Az xəbər saytı

"Qalatasaray"dan "transfer bombası" - Musleranın yerinə dünya ulduzu gəlir


Fernando Musleranı "Qalatasaray"a transfer edən Bülent Tulun bu dəfə komandadan ayrılan uruqvaylı qolkiperin yerinə kimin gələcəyini açıqlayıb.

Far.Az xəbər verir ki, klubun gündəmində qapıçı transferlərində prioritet adların "Liverpul"dan Alisson Bekker və "Mançester Siti"dən Ederson olduğunu bildirib.

"Qalatasaray Musleradan sonra çox vacib beynəlxalq qapıçı gətirməyi planlaşdırır. Alisson Bekker və Edersondan biri prioritet hesab olunur. Bu yeniliyi eşitdim. "Qalatasaray" bu iki qapıçıdan birini transfer edə bilər. Bunun baş vermə ehtimalı çox da uzaqda deyil", - deyə Tulun qeyd edib.

Qeyd edək ki, "Qalatasaray"  hazırda Türkiyə Super Liqasında liderlik edir. Komanda qarşıdakı 4 oyunda 4 xal qazanacağı təqdirdə liqada çempionluğunu elan edəcək.

Oxşar xəbərlər

Ederson Premyer Liqada rekorda imza atıb
Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub
“Mançester Siti” ardıcıl dördüncü dəfə məğlub olub
İngiltərə Premyer Liqası: “Çelsi”, “Liverpul” və “Mançester Siti” xal itiriblər
Bakının ayrı-ayrı küçələri üzrə mənzillərin QİYMƏTLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər