Bugün
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol" Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
Gürcüstan Çin istehsallı avtomobillər üçün bazar açmağı planlaşdırır Gürcüstan Çin istehsallı avtomobillər üçün bazar açmağı planlaşdırır
Professor: Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil Professor: Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil
Ərdoğan: Krım tatarlarının hüquqlarını müdafiə etməyə davam edəcəyik- YENİLƏNİB Ərdoğan: Krım tatarlarının hüquqlarını müdafiə etməyə davam edəcəyik- YENİLƏNİB
Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq
Türkiyədə yol qəzası olub, 11 nəfər yaralanıb Türkiyədə yol qəzası olub, 11 nəfər yaralanıb

8-09-2022, 17:30 478

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat veirlib.

Bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 13853 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 628 nəfər (o cümlədən 287 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11846 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 94.99% dolub. Cəmi 625 yer (5.01%) boş qalıb.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

Qəbul
planı
Qəbul olunub Qəbulolma faizi Vakant yerlərin
sayı (faizi)
Azərbaycan
bölməsi
Rus
bölməsi
Bölmələr
üzrə cəmi
Xüsusi qabiliyyət imtahanı tələb
etməyən ixtisaslar
11710 10795 476 11271 96.25 439 (3.75)
Xüsusi qabiliyyət imtahanı tələb
edən ixtisaslar
761 563 12 575 75.56 186 (24.44)
Cəmi 12471 11358 488 11846 94.99 625 (5.01)

Sentyabrın 9-da ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 12 sentyabr saat 12:00-dan 19 sentyabr saat 23:59-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 12 sentyabr saat 12:00-dan 21 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Futbol

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

Region

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Region

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Futbol

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Futbol

Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Region

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub

Futbol

AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub

AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Region

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub