Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva "Bakı Oksford Məktəbi"nin müsadirəsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Kamilə Əliyeva Ali Məhkəməyə müraciət edərək məktəb binasının yarısının pay sahibi olduğu və üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib.
Onun kassasiya şikayəti icraata verilib. Şikayət hakim Teyyub Muxtarovun icraatına verilib. Kassasiya şikayətinə iyulun 23-də baxılacaq.
Xatırladaq ki, "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.
Məmmədovun milyonlarla manat dəyərində əmlakı, o cümlədən "Bakı Oksford Məktəbi" də müsadirə olunub. Kamilə Əliyeva məktəb binasının yarısının pay sahibi olduğunu iddia edir.
Məktəb bir müddət əvvəl 18 milyon 527 min 250 manata hərraca çıxarılmışdı.
Kamilə Əliyeva Səbail Rayon Məhkəməsinə müraciət edərək üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib. Səbail Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Bakı Apellyasiya Məhkəməsində də sabiq aparat rəhbərinin qızının şikayəti təmin edilməyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həmin məktəbi Ramiz Mehdiyevin qızına vermədilər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













