Qırğızıtanı təmsil edən qadın döyüşçü UFC titulunu qorudu
Far.Az xəbər saytı

Qırğızıtanı təmsil edən qadın döyüşçü UFC titulunu qorudu


Qırğızıstanı təmsil edən UFC (Ultimate Fighting Championship) çempionu Valentina Şevçenko Kanadanın Monreal şəhərində baş tutan UFC 315 turnirində titulunu uğurla müdafiə edib.

Far.Az xəbər verir ki, gecənin döyüşündə Şevçenko Fransanı təmsil edən Manon Fioro ilə oktaqonda qarşılaşıb.

Döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə Şevçenkonun qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, sentyabrın 15-də Şevçenko meksikalı rəqibi Aleksa Qrassonu məğlub edərək UFC titulunu geri qaytarmışdı. Həmin döyüş də beş raund davam etmiş və hakimlərin yekdil qərarı ilə (50-45, 50-45, 50-45) Şevçenkonun xeyrinə başa çatmışdı. Bu, iki idmançı arasında üçüncü qarşılaşma idi.

Onların ilk döyüşü UFC 285 turnirində baş tutmuşdu. Həmin vaxt Qrasso boğucu fəndlə Şevçenkonu məğlub edərək titulun sahibi olmuş və 2017-ci ildən bəri Şevçenkoya ilk məğlubiyyətini yaşatmışdı. 17 sentyabr 2023-cü ildə keçirilən ikinci döyüş UFC Noche turnirində gecənin əsas hadisəsi olmuşdu və heç-heçə ilə nəticələnmişdi. Bu nəticə Qrassonun titulunu qorumasına imkan vermişdi.

Oxşar xəbərlər

UFC ilk dəfə Azərbaycanda!
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər