Meksikada bələdiyyə sədrinin katibi və müşaviri silahlı hücumda öldürülüb
Meksikanın paytaxtı Mexiko şəhərində bələdiyyə sədri Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və müşaviri Xose Munyos silahlı hücum nəticəsində həyatını itirib.
Far.Az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Quzman və Munyos Mexikodakı Kalzada de Tlalpan və Napoleon küçələrinin kəsişməsində avtomobildə olarkən motosikletli şəxs tərəfindən atəşə tutulublar. Təcili tibbi yardımın müdaxiləsinə baxmayaraq, hər iki şəxs hadisə yerində vəfat edib.
Meksika Prezidenti Klaudiya Şeinbaum məsələ ilə bağlı Milli Sarayda keçirdiyi mətbuat konfransında açıqlama verərək, "Təəssüf ki, Ximena Quzman və Xose Munyos silahlı hücum nəticəsində həyatlarını itirdilər", – deyib.
Prezident bildirib ki, cinayətkarların tapılıb məsuliyyətə cəlb olunması üçün Təhlükəsizlik və Vətəndaşları Müdafiə Katibi Omar Qarsiya Harfuça göstəriş verilib: "Bu hadisənin məsuliyyətsiz şəkildə ötüşməsinə imkan verilməyəcək. Ədalət bərqərar olunacaq. Araşdırmalar ətraflı şəkildə aparılır və hökumət bu məsələdə tam dəstək verir".
Meksiko şəhərinin meri Klara Bruqada da açıqlama verərək həlak olanların ailələrinə başsağlığı diləyib: "Ximena çalışqan, nəzakətli və yorulmaq bilməyən bir qadın idi. Pepe-ni isə uşaqlığımdan tanıyırdım. O, tanıdığım ən ağıllı və məsuliyyətli insanlardan biri idi", – deyə qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













