Dəniz sezonu AÇILDI - Turistlər axın etdi
Türkiyənin və dünyanın ən məşhur istirahət məkanlarından biri olan Fəthiyyə Ölüdənizdə yay mövsümünün canlanması başlayıb. Turkuaz rəngli dənizi, incə qumlu sahili və təbii gözəllikləri ilə məşhur olan Ölüdəniz, may ayının ortalarından etibarən həm yerli, həm də xarici turistlərin axınına məruz qalıb.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, dünyanın ən gözəl çimərliklərindən biri hesab edilən Ölüdənizdə hava şəraitinin isinməsi ilə birlikdə istirahətə gələnlər dəniz və günəşin ləzzətini çıxarmağa başlayıblar. Çimərliyi dolduran turistlərin gəlişi ilə bölgədəki obyektlər də yay mövsümünə rəsmi olaraq start verib.
22 dərəcə ölçülən turkuaz sulara girən turistlərdən bəziləri üzməyi üstün tutarkən, digərləri isə günəş vannası qəbul edərək dincəliblər. İstanbuldan gələn Mete cütlüyü, artıq 40 ildir hər yay Ölüdənizə istirahət üçün gəldiklərini deyib:
"Belə bir dəniz dünyanın heç bir yerində yoxdur," – deyə onlar bildirib.
Tətil üçün Fəthiyyəyə gələn Nesrin Mete isə bu bölgənin artıq ailələri üçün dəyişməz ünvana çevrildiyini bildirib:
"Ölüdənizi çox sevirik. Mən dənizi çox sevirəm, amma su hələ bir az soyuqdur. Səhər girsək də, ikinci dəfə girməkdə tərəddüd edirəm. İstanbulda yaşayırıq və hər il apreldə gəlirdik, bu dəfə bir az gecikdik. Yay mövsümünü gec açdıq. Oktyabra qədər tez-tez buraya gəlib gedirik", – deyə o bildirib.
Ölüdəniz aşiqi olan Adəm Mete isə dənizin istiliyinin heç bir əhəmiyyət kəsb etmədiyini bildirib:
"Mənim üçün dəniz hər halıyla möhtəşəmdir – isti, soyuq, dalğalı və ya sakit. Ölüdəniz isə mənim bir nömrəli seçimimdir. Artıq 40 ildir ki, hər yay İstanbuldan gəlirəm. Belə dəniz dünyanın heç bir yerində yoxdur. Hazırda su o qədər də soyuq deyil, insan üzə-üzə isinir," – deyə o vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













