Qərbi Azərbaycan Xronikası: "5 600 il əvvəl mövcud olmuş dəfn adətləri Gəncədə icra olunur" - VİDEO
Far.Az xəbər saytı

Qərbi Azərbaycan Xronikası: "5 600 il əvvəl mövcud olmuş dəfn adətləri Gəncədə icra olunur" - VİDEO




Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "5 600 il əvvəl mövcud olmuş dəfn adəti bu gün Gəncədə icra olunur" adlı veriliş efirə gedib.

Verilişdə erməni arxeoloqlarının Qərbi Azərbaycan ərazisində, xüsusən də Göyçə-Şəmşəddil bölgələrində qazıntıları fəallaşdırmasından və saxta "Ermənistan tarixini" əsaslandırmaq üçün maddi sübutlar axtarmasından bəhs olunub.

Bildirilib ki, Ardanış və Şorca kimi qədim Azərbaycan yaşayış məntəqələrində 21-dən çox qazıntı işləri aparılıb. Tapılan nümunələrin Kür-Araz mədəniyyətinə aid olduğunu etiraf edən erməni arxeoloqlar əslində köçəri mədəniyyətinə məxsus nümunələri özlərinə aid edirlər.

Diqqətə çatdırılıb ki, ermənilərə layiqli və əsaslı cavab Azərbaycan arxeoloqlarından və Göyçə-Şəmşəddin sərhədində yerləşən Ağstafa rayonunun Aşağı Kəsəmən və Göycəli kəndi ərazisində yerləşən "Tava Təpə" abidəsidir. Arxeoloqların fikrincə, bu abidə son tunc - ilk dəmir dövrünə aid olan ibadətgahı aşkar edib və öz unikallığına görə təkcə ölkəmizdə deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunmalıdır. Ardanış və Şorcada ermənilərin apardığı qazıntılarda Azərbaycan mədəniyyətinə aid izlər aşkarlanıb. "Tava Təpə" ibadətgahında yaşayışın 3 500 il əvvələ aid olduğu müəyyən edilib. Ağstafada tapılan yeməkxana isə bütün Qafqaz üçün xidmət edib və insanlar 3 500 il öncə burada yemək yeyiblər. Bu tapıntı bu ərazidə qədimdən yaşayanların kimliyini sübut edir.

Süjetdə "Tava Təpə" abidəsi haqqında italiyalı arxeoloq, Kataniya Universitetinin professoru Nikola Lanerdən sitatlar çəkilir.

Sonda fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun fikirlərinə də yer verilir. Qeyd olunur ki, Gəncə, Qazax, Daşkəsən, Göygöl ərazilərində aparılan arxeoloji qazıntılar zamanı tapılan kurqan abidələr və yaşayış yerləri tədqiq edilir. İndiyə qədər Azərbaycanda təxminən 20 bu tip kurqan tədqiq olunub.

Onun sözlərinə görə, Qafqazda erkən kurqan mədəniyyəti son Xalqolit dövründən başlayır: "Eramızdan əvvəl 3600-cü ildən erkən Kür-Araz tayfalarında kurqanlarda dəfn ənənələri mövcud olub. Kurqanların giriş qapısı bu səbəbdən Şərqdən qoyulub. Azərbaycanın Qərb bölgəsindən tapılan kurqanlar tarixi əhəmiyyətli gerçəyi üzə çıxarır. Şərq tərəfdən olan qapı açılıb, dəfn olunmuş insanın sümükləri kənara itələnib, ölən dəfn edilirdi. Dəfn başa çatdıqdan sonra kurqana od vurulub yandırılırdı. Odun ruhu təmizləyici güc olaraq istifadə olunması adəti də var idi. Genetik yaddaşla ötürülən, 5 600 il əvvəl mövcud olmuş dəfn adəti və ritualı bu gün Gəncə Səbzikarında icra olunur. Gəncədə mövcud olan sərdabə 5 600 il əvvəl mövcud olan sərdabənin eynisidir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Qərbi Azərbaycan Xronikası: “Qanlı və Kəsəmən kəndlərinin adı üç dəfə dəyişdirilib”
“Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur” – Qərbi Azərbaycan Xronikası
Qərbi Azərbaycan Xronikası: Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri - VİDEO
Qərbi Azərbaycan Xronikası: Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri
Qərbi Azərbaycan Xronikası: Mığrı rayonunun adı Muğ türk tayfasının adı ilə bağlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər