Kəlbəcərin sağlamlıq turizmi beynəlxalq sammitdə təqdim olunub
Far.Az xəbər saytı

Kəlbəcərin sağlamlıq turizmi beynəlxalq sammitdə təqdim olunub


Türkiyənin Samsun şəhərində III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Sammitində Kəlbəcərin, xüsusilə də "İstisu" mineral su mənbələrinin sağlamlıq turizmi imkanları təqdim olunub.

"Far.Az" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, oktyabrın 18-dək davam edəcək sammit və Şimali Anadolu Sağlamlıq və Tibbi Sərgisində Azərbaycanın turizm nümayəndə heyəti iştirak edir.

Məlumata əsasən, sammitdə Agentliyin sektor müdiri Rüstəm Mehtizadə Azərbaycanın sağlamlıq turizmi potensialı və inkişaf perspektivləri barədə təqdimatlarla çıxış edib. Təqdimatlarda Naftalan neftinin sağlamlıq turizmində əhəmiyyəti, ölkənin zəngin mineral və termal su ehtiyatları, regionlarda yeni turizm məhsullarının yaradılması imkanları, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətə çatdırılıb. Həmçinin tibbi turizmin inkişaf perspektivləri barədə məlumat verilib.

Çıxışlarda Kəlbəcər rayonunun, xüsusilə "İstisu" mineral su mənbələrinin sağlamlıq turizmi baxımından potensialı vurğulanıb. Regionun zəngin təbii resurslarının müasir sağlamlıq və istirahət xidmətləri ilə birləşdirilməsi, müvafiq infrastrukturun inkişafı və yeni turizm məhsullarının yaradılması imkanları qeyd olunub. Eyni zamanda, Kəlbəcərdə sağlamlıq turizminin inkişafı üçün investorların cəlb edilməsi, özəl sektorun iştirakı və əlverişli investisiya mühitinin yaratdığı imkanlar diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri Ceyhun Aşurov Azərbaycanda termal turizmin potensialı, mineral və termal su ehtiyatlarının turizm məqsədilə istifadəsi, bu istiqamətdə mövcud imkanlar və inkişaf perspektivləri barədə təqdimatlar edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Samsun valisi Orhan Tavlı ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər