Zelenski Rutte ilə söhbətinin təfərrüatlarını açıqlayıb
Far.Az xəbər saytı

Zelenski Rutte ilə söhbətinin təfərrüatlarını açıqlayıb


Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə söhbətinin təfərrüatlarını açıqlayıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında yazıb.

"NATO-nun Baş katibi Mark Rutte ilə söhbətim oldu. Hazırkı vəziyyəti, birgə növbəti addımları və Rusiyaya təzyiq etmək zərurətini müzakirə etdik", - o deyib.

Bundan əlavə, Zelenski Rutte ilə Kiyevin tərəfdaşları ilə təmaslarının təfərrüatlarını bölüşüb və ona Rusiya tərəfi ilə atəşkəslə bağlı danışıqları davam etdirmək üçün mümkün platformalar barədə məlumat verib.

O, həmçinin bildirib ki, NATO-nun Baş katibi ilə Rusiyaya təsir edə biləcək sanksiyalar barədə danışıb. Zelenskinin sözlərinə görə, bütün qərarların razılaşdırılması vacibdir, o zaman sanksiyalar işləyəcək.

"Moskvaya təzyiq olmadan ədalətli sülh əldə edilə bilməz. Bunu hamı başa düşür", - Ukrayna lideri qeyd edib.

O əlavə edib ki, Rutte ilə Ukraynanın NATO ilə əməkdaşlığı və gələcək görüşlərə və təmaslara hazırlıq barədə ayrıca danışıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər