Danimarkada pensiya yaşı 70-ə qaldırıldı
Far.Az xəbər saytı

Danimarkada pensiya yaşı 70-ə qaldırıldı


Danimarka Parlamenti 2040-cı ildən etibarən pensiya yaşının 70-ə yüksəldilməsi ilə bağlı qanun layihəsini qəbul edib.

Far.Az xəbər verir ki, yeni qərara əsasən, Danimarka 2040-cı ildən etibarən Avropada ən yüksək pensiya yaşına sahib ölkə olacaq. Qeyd edək ki, Danimarka 2006-cı ildən bəri pensiya yaşını ölkədəki orta ömür uzunluğuna əsasən müəyyən edir və hər beş ildən bir bu həddi yenidən nəzərdən keçirir.

Hazırda Danimarkada pensiya yaşı 67-dir. Yeni plana əsasən, bu yaş həddi 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək. Qəbul edilən yeni qanuna görə, 1 yanvar 1971-ci il və ondan sonra doğulanlar üçün pensiya yaşı 70 olacaq.

Qanun layihəsi dünən keçirilən səsvermədə 81 "lehinə", 21 "əleyhinə" səslə qəbul edilib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər