Qurban Qurbanov "Barselona"nın düşərgəsində Hans-Diter Fliklə görüşüb
Far.Az xəbər saytı

Qurban Qurbanov "Barselona"nın düşərgəsində Hans-Diter Fliklə görüşüb


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın "Barselona" klubunun düşərgəsində olub.

Ağdam təmsilçisindən Far.Az-ə verilən məlumata görə, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas, həm də aşağı yaş komandalarının – U-19, U-15 və U-10 komandalarının məşqlərini izləyib.

Qurbanov "Barselona"nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti, klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb.

Flik "köhlən atlar"ın baş məşqçisinə növbəti çempionatın gedişində yenidən "Barselona"nın düşərgəsinə gəlməyi tövsiyə edib. Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub. Mütəxəssisin növbəti mövsümdə "Barselona"nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər