Peter Kralik: "İndiyədək keçirilən turnirlərin ən gözəli Bakıda təşkil olunandır"
"Azərbaycan Avropa çempionu olanda, artıq anladıq ki, ən yaxşı təşkilatçılardan biri məhz bu ölkə olacaq".
BAKU.WS xəbər verir ki, bunu "Report"a müsahibəsində Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik deyib.
- Dünya çempionatının finalında Azərbaycan və Macarıstan komandaları üz-üzə gələcəklər. Düşüncələriniz necədir?
- Bu, Azərbaycan üçün yaxşı xəbərdir. Ölkəniz üçün daha yaxşı xəbər o olardı ki, həlledici matçda qalib gələsiniz. Macarıstan çox yaxşı komandadır. Heyətlərində təcrübəli futbolçular yer alıb. Final görüşünün çox çətin keçəcəyini indidən proqnozlaşdırmaq olar.
- Hansı yığmanın şansını daha yüksək qiymətləndirirsiniz?
- Nəzərə almaq lazımdır ki, oyun 0:0-dan başlayır. Kim çox qol vursa, o da qələbə qazanacaq. İnanırıq ki, Milli Gimnastika Arenasına toplaşan azarkeşlər maraqlı finala şahidlik edəcəklər.
- Dünya çempionatının təşkilatçılığı ilə bağlı nə deyə bilərsiniz?
- İndiyədək keçirilən turnirlərin ən gözəli Bakıda təşkil olunandır. Lakin yarış hələ başa çatmayıb. İnanıram ki, final qarşılaşmasının ab-havası daha möhtəşəm anlarla yadda qalacaq.
- 1/4 finalın Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib. Bu isə minifutbol turnirləri tarixində mütləq rekorddur. Bunu əvvəlcədən gözləyirdiniz?
- Daha əvvəl ən yaxşı göstərici Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçında - Slovakiya - Belçika görüşündə qeydə alınmışdı. Həmin qarşılaşmanı 6513 tərəfdar canlı olaraq izləmişdi. Azərbaycan həmin turnirdə birinci olanda, artıq anladıq ki, ən yaxşı təşkilatçılardan biri məhz bu ölkə olacaq. Bakıda qeydə alınan azarkeş rekorduna görə yerli təşkilat komitəsini təbrik edirəm. Lakin az əvvəl də vurğuladığım kimi, yarış hələ bitməyib.
- Bakıdakı təşkilatçılıq digər ölkələrə müsbət mənada necə nümunə olacaq?
- Daha əvvəl keçirilən yarışlar Azərbaycan üçün yaxşı nümunə olub. Hansı ki, ölkəniz turnirə çox gözəl hazırlaşıb. İnanıram ki, digər ölkələr də Azərbaycana baxıb, daha da ruhlanacaqlar. Hər kəs gördü ki, minifutbol Bakıda çox sevilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan futzal millisinin qapıçısı: "Reallıq budur ki, “Araz-Naxçıvan” əvvəlki gücünü itirib" - MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













