Xankəndidə Zəfər Günü münasibətilə keçirilmiş konsertdən sonra atəşfəşanlıq olub
Far.Az xəbər saytı

Xankəndidə Zəfər Günü münasibətilə keçirilmiş konsertdən sonra atəşfəşanlıq olub


Zəfər Günü münasibətilə Xankəndi şəhərində bayram konserti təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və rəngarəng səhnə çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Sakinlər Zəfər Gününün sevincini, qürurunu və qələbə coşqusunu birlikdə yaşayıblar.

Konsertdən sonra atəşfəşanlıq olub. Gecə səmasını rəngarəng işıqlara bürüyən atəşfəşanlıq şəhər sakinlərinə unudulmaz bayram anları yaşadıb. Xankəndi sakinləri və tədbir iştirakçıları Vətən müharibəsində qazanılan tarixi qələbənin sevincini və qürurunu birlikdə bölüşüblər. Atəşfəşanlıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qazanılmış Zəfərin təntənəsini, xalqımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib
Xankəndidə Zəfər atəşfəşanlığı
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər