Mina Hüseyn: "Bu nəğmə yaşadıqlarımın güzgüsüdür"
Müğənni Mina Hüseyn yay mövsümünə kliplə açılış edib.
Far.Az xəbər verir ki, ifaçı "Fayda" adlı bəstəyə maraqlı ekran işi ərsəyə gətirib. Söz yazarı Həsən Babayev, bəstəkarı Fərid Kərimli olan klipin rejissorluğu Xəyal Murtuzova həvalə olunub. "Fayda" məzmun və vizullalıq baxımdan maraqlı və düşündürücüdür.
Klip hər detalı ilə dərinlik daşıyır və xüsusi bir ruh halını ifadə edir. Dəniz sahilində ərsəyə gələn musiqili layihədə Mina, mələk obrazını tərənnüm edən ağ və emosional çalar olan qırmızı libasda kamera önünə keçib. Sözügedən geyimlər klipin konseptinə xidmət mənasında mahnının ruhunu da tamamlayır.
Minanın burda sevgiyə üsyanı isə, xüsusi diqqət çəkir.
Bu işinin də uğurlu olacağını bildirən sənətçi, təəssüratlarını bölüşüb:
"Fərid Kərimli mənə bu bəstəni göndərən anda dinlədim. Dinləyən kimi sözlərə və musiqisinə bağlandım. Bir sözlə, qəlbimə toxundu. Mahnının hər söz və notunda sanki özümü gördüm. Elə bil ki, bu nəğmə mənim uzun zamandır danışmaq istədiyim hisslərin səsi idi. Ona görə də böyük həvəs və sevgi ilə ifa etdim. Bu layihə mənim üçün sadəcə musiqi işi deyil, mənim bir parçamdır. Mahnı mənimlə, daxili dünyamla, yaşantılarımla bağlıdır. Bu nəğməyə ürəyimi qoymuşam. Deyə bilərəm ki, bu sadəcə bir əsərdir.
"Fayda" mənim kim olduğumu, necə düşündüyümü və nələri hiss etdiyimi ifadə edir. Hər kəsin özünü görə biləcəyi güzgüdür bu mahnı. Əminəm ki, dinləyicilərimdə xoş təəssürat yaradacaq".
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Qətlə görə tutulan şəxslərin cəzası azaldıldı: "Günə min manat xərcləyən sifarişlə adam öldürər?"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq













