Alimlər dərmansız ağrılardan qurtulmağın yolunu tapıblar
Avstraliyanın Yeni Cənubi Uels Universitetinin alimləri dərman istifadə etmədən xroniki ağrılarla mübarizə aparmağa kömək edən innovativ texnologiya – "PainWaive" adlı interaktiv oyunu hazırlayıblar.
Bu metodun mahiyyəti ondan ibarətdir ki, istifadəçi xüsusi dəbilqə və tətbiq vasitəsilə ağrı qavrayışı ilə bağlı beyin aktivliyini dəyişdirməyi öyrənir.
Far.Az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Pain (JP)" jurnalında dərc olunub.
Dəbilqə beyin dalğalarını oxuyur, tətbiq isə real vaxtda bu dəyişikliklərə reaksiya verərək beyini ağrı vəziyyətindən daha balanslı hala keçirməyə kömək edir. Sınaqlar göstərib ki, iştirakçılar arasında dörd nəfərdən üçündə ağrı əhəmiyyətli dərəcədə azalıb.
İstifadəçilər yalnız simptomların yüngülləşməsini deyil, həm də öz vəziyyətlərinə nəzarət hissini qeyd ediblər.
Bu texnologiya professor Silviya Qastininin araşdırmalarına əsaslanır. O, neyropatik ağrısı olan insanlarda beyin dalğalarında xarakterik dəyişiklikləri müəyyən edib. Komandası ilə birlikdə o, 3D çap texnologiyasından istifadə edərək ucuz, yüngül və rahat dəbilqə yaradıb. İstehsalın ucuzlaşdırılması sayəsində texnologiyanın daha əlçatan olması mümkündür. Bütün komponentlər, bir açıq mikrosxem lövhəsi istisna olmaqla, universitet daxilində hazırlanıb.
"PainWaive" insanlara müalicəni ev şəraitində keçmək imkanı verir. Bir neçə onlayn seansdan sonra pasiyentlər rahat şəkildə zehni strategiyalardan istifadə edərək prosesi tam müstəqil şəkildə idarə edə bilirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İnternet Vergi İdarəsinə giriş məlumatları təhlükədə ola bilər - DVX təcili tədbirlərin görülməsinə çağırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













