Vətən müharibəsi zamanı zərər çəkmiş mülki şəxs: Məqsəd azərbaycanlıları məhv etmək idi
Far.Az xəbər saytı

Vətən müharibəsi zamanı zərər çəkmiş mülki şəxs: Məqsəd azərbaycanlıları məhv etmək idi


Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Şamama Quliyeva ifadəsində Ağdam rayonunun Bənövşələr qəsəbəsində 2020-ci il oktyabrın 19-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində özünün, qızı Maya Quliyevanın və hərbi jurnalist Anar Şuşalının (Anar Həsənov, həmin vaxt AZTV-də çalışıb – red.) yaralandığını deyib.

Far.Az "Report"a istinadən xəbər verir ki, o, hadisə zamanı evinə də zərər dəydiyini bildirib.

Şamama Quliyeva ifadə verərkən üzünü təqsirləndirilən şəxslərə tutaraq deyib: "Müharibəni mülki şəxslərlə qarşı apararlar? Qocaları, körpələri öldürmək müharibə deyil. Sizin məqsədiniz azərbaycanlıları məhv etmək idi".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 5-də davam etdiriləcək.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Ermənistanın 2016 və 2020-ci illərdə Azərbaycanda mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı açıqlama
Zərərçəkən: Tibb məntəqəmiz, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı – VARDANYANIN MƏHKƏMƏSİ
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər