Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"
Far.Az xəbər saytı

Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"


"Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür.

"Report" xəbər verir ki, bunu İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis maraqlı görüşə şahidlik edəcəklərini bildirib:

"Sabah" komandası baxımlı futbol oynamağı sevir. Onların özlərinin bir oyun çərçivəsi var. Bura Çempionlar Liqasıdır və bütün rəqiblərimizə hörmətlə yanaşırıq".

O, Lamin Yamalın Bakıya gəlməməsinə münasibət bildirib:

"Biz başqa matçlar da Lamin Yamal olmadan oynamışıq. Buna görə də nə etməli olduğumuzu bilirik. Amma o, bizim üçün çox vacib futbolçudur. Dünən səhər onun vəziyyətini yoxladıq və evdə qalmasının daha yaxşı olduğuna qərar verdik. Ümid edirik ki, hər şey yaxşı olacaq və o, həftəsonu keçiriləcək oyun üçün hazır olacaq".

Baş məşqçi "Barselona" üçün bu görüşün vacib olduğunu vurğulayıb:

"Biz "Barselona" olaraq bu cür oyunların nə qədər vacib olduğunu anlayırlq. "Sabah"la matçda üç xal qazanmaq istəyirik. Onlar tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edirlər. "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür. Bu, onlar üçün xüsusi hadisədir. Əlbəttə, rəqib komandanın hər bir futbolçusu sabahkı oyuna 100 faiz motivasiya ilə çıxacaq. Lakin biz də eyni düşüncə tərzi ilə meydana çıxmalıyıq".

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.

Oxşar xəbərlər

Hans-Diter Flik cari mövsümün sonunda "Barselona"nı tərk edə bilər
Lamin Yamal 19 yaşını belə qeyd etdi
"Barselona" Hans-Diter Flik ilə yeni müqavilə barədə razılığa gəlib
"Barselona" Hans Diter-Flikin rəhbərliyi altında tarixinin ən yaxşı mövsüm startını gerçəkləşdirib
"Barselona" Hans-Diter Flikin rəhbərliyi altında tarixi nəticələrə imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər