İyunda Qayana BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək
BMT Təhlükəsizlik Şurasına iyun ayı üçün sədrliyi Qayana Respublikası həyata keçirəcək.
"Report"un ABŞ bürosu xəbər verir ki, Qayananın BMT-dəki daimi nümayəndəsi, səfir Karolin Rodrigez təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirdiyi brifinqdə cari ay üzrə iş proqramını təqdim edib.
Səfir qeyd edib ki, iyun ayında Şuranın gündəmində bir sıra vacib beynəlxalq məsələlər yer alacaq. Onlar arasında BMT-nin Əfqanıstandakı Missiyası ilə bağlı təqdimatlar və məsləhətləşmələr aparılacaq.
Bundan əlavə, TŞ ay ərzində Konqo Demokratik Respublikasına qarşı tətbiq edilən sanksiyalar və Yaxın Şərqdə davam edən münaqişələrlə bağlı məsələləri də müzakirə edəcək.
K.Rodrigez əlavə edib ki, Qayananın sədrliyi dövründə sülh və təhlükəsizlik məsələlərinin dərin müzakirəsi aparılacaq, eləcə də beynəlxalq böhranların diplomatik yollarla həllinə töhfə verilməsi əsas prioritetlərdən biri olacaq.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













