META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni silib
Far.Az xəbər saytı

META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni silib


META ("Facebook", "Instagram") şirkəti 2025-ci ilin ilk rübünə dair "Adversial Threat" hesabatını dərc edib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hesabatda qeyd olunur ki, İranda yaradılan və koordinasiyalı idarə edilən profil və səhifələr müəyyən edilib və onlar şirkət tərəfindən silinib. Onlardan 17-si "Facebook" hesab-profili, 22-si "Facebook" səhifəsi və 21-i isə "Instagram" hesab-profilidir (cəmi 60).

Hesabatda qeyd olunur ki, həmin səhifələr Azərbaycan dilində fəaliyyət göstərib, hədəf kütləsi Azərbaycan və Türkiyə auditoriyası olub.

META onları silmək üçün digər sosial medialardakı fəaliyyətlərini də araşdırıb.

Məlum olub ki, həmin səhifələr öz fəaliyyətlərini gücləndirmək və populyar görünmək məqsədilə saxta izləyici sayından istifadə edib və paylaşımları aktiv göstərmək üçün çoxsaylı rəylər yazıblar.

İran Prezidentinin Azərbaycana səfəri zamanı xüsusi fəallıq göstərən və rəyləri bir-birinə oxşayan 20-dən çox profil də müəyyən edilib ki, onlarla bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vasitəsilə META-ya şikayət göndərilmişdi.

Sənəddə silinən hesabların adları çəkilməsə də, onların məhz ETX-nin şikayəti əsasında bağlandığı aşkarlanıb.

Qeyd olunan fəaliyyətlərlə bağlı mütəmadi əsasda aidiyyəti üzrə monitorinqlər aparılır və son 1 ay ərzində İranla yanaşı, Rusiyadan da idarə edilən və Azərbaycanı hədəfə alan 4 böyük xəbər səhifənin silinməsinə nail olunub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər