Kreml Ukraynanın qaz tranziti müqaviləsini uzatmaqdan imtina etməsinə münasibət bildirib
Far.Az xəbər saytı

Kreml Ukraynanın qaz tranziti müqaviləsini uzatmaqdan imtina etməsinə münasibət bildirib


"Alternativ marşrutlar var, Türkiyədə qovşağın yaradılması planlaşdırılır, bununla bağlı işlər gedir".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın qaz tranziti müqaviləsini uzatmaqdan imtina etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, alternativ marşrutlar mövcuddur, lakin təbii ki, Ukrayna tərəfinin belə bir qərarı avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq.

"İlk növbədə ABŞ-dan gələn digər mallarla müqayisədə qiymət parametrləri baxımından daha zəmanətli və iqtisadi cəhətdən daha münasib olan Rusiya qazını hələ də almağa davam edənlərin maraqlarına ciddi ziyan vuracaq. Sənayelərini daha az rəqabətli etmək üçün daha çox pul ödəməli olacaqlar", deyə Kremlin sözçüsü vurğulayıb.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər