"Ekspo 2025"də Azərbaycan Milli Günü təşkil olunub
Far.Az xəbər saytı

"Ekspo 2025"də Azərbaycan Milli Günü təşkil olunub


Yaponiyanın Osaka şəhərində "Ekspo 2025" dünya sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilib.

Far.Az xəbər verir ki, tədbirdə Yaponiyanın "Ekspo 2025" üzrə səfiri, baş komissar Koji Haneda və Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycanın "Ekspo 2025" üzrə baş komissarı Anar Ələkbərov çıxış ediblər.

Bildirilib ki, "Ekspo 2025"də dahi Azərbaycan Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından ilhamlanaraq milli pavilyon yaradılıb.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan ilə Yaponiya arasında uzun illəri əhatə edən dostluq və əməkdaşlıq tarixinin olduğunu diqqətə çatdırıb. A.Ələkbərov Azərbaycanın "Ekspo 2025"də iştirak müqaviləsini imzalayan ilk ölkə olduğunu və hazırda milli pavilyonun ən çox ziyarət edilənlər sırasında yer aldığını deyib.

Daha sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Ekspo 2025"də Azərbaycan milli pavilyonunun açılışı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər