FIDE: "Azərbaycanlı şahmatçı Nakamuraya qalib gəlməsinin təsadüfi olmadığını sübut etdi"
Far.Az xəbər saytı

FIDE: "Azərbaycanlı şahmatçı Nakamuraya qalib gəlməsinin təsadüfi olmadığını sübut etdi"


Azərbaycanlı şahmatçı Xaqan Əhməd (2290) dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməsinin təsadüfi olmadığını sübut edib.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi instaqram hesabında yazılıb.

FIDE İngiltərənin paytaxtı Londonda keçirilmiş komandalar arasında rapid üzrə dünya çempionatındakı bu görüşü xüsusi qabardıb:

"Günün böyük sürprizi. Xaqan Əhməd Hikaru Nakamuranı heyrətə gətirdi. O, gün ərzində qalibiyyətinin təsadüfi olmadığını sübut etdi. Güclü qrossmeysterlərlə qarşılaşaraq 13 oyundan 9-da qalib gəldi".

Qeyd edək ki, Xaqan Əhmədin 13 yaşı var.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan şahmatçısı növbəti uğura imza atıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
FIDE rusiyalı və belaruslu şahmatçıları beynəlxalq turnirlərə qaytarmaqdan imtina edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər