İranda MOSSAD üçün fəaliyyət göstərən 2 nəfər saxlanılıb
Far.Az xəbər saytı

İranda MOSSAD üçün fəaliyyət göstərən 2 nəfər saxlanılıb


İranın Hüquq-Mühafizə Qüvvələri İsrailin xarici kəşfiyyat xidməti MOSSAD üçün fəaliyyət göstərdiyi müəyyən edilən 2 nəfərin saxlanıldığını açıqlayıb.

Far.Az trt haber-ə istinadən xəbər verir ki, bldirilib ki, həmin şəxslər Elburz vilayətinin Savocbolag şəhərində aparılan əməliyyat zamanı tutulub. Onların aylarla aparılan izləmə nəticəsində müəyyən edildiyi qeyd olunub.

Saxlanılan şəxslərin partlayıcı maddələr, əl işi bombalar və xüsusi elektronik avadanlıqlar hazırladığı aşkarlanıb.

Əməliyyat zamanı gizli evdən çox sayda partlayıcı maddə, texniki avadanlıq və məxfi sənədlər götürülüb.

Açıqlamada bu əməliyyatla bir neçə təxribatın qarşısının alındığı və məsələ ilə bağlı əlavə məlumatların yaxın günlərdə veriləcəyi bildirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər