BDU-ya rektor təyin edilən Məleykə Abbaszadənin DOSYESİ
Far.Az xəbər saytı

BDU-ya rektor təyin edilən Məleykə Abbaszadənin DOSYESİ


Prezident İlham Əliyevin Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

BAKU.WS Məleykə Abbaszadənin dosyesini təqdim edir:

Abbaszadə (Mustafayeva) Məleykə Mehdi qızı 1953-cü ildə Bakı şəhərində anadan olub.

O, 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub.

1975-ci ildə universiteti bitirib, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin olunub.

1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib. 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

1987‑1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.

M. Abbaszadə 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ildən 2016-cı ilədək TQDK-nın sədri vəzifəsində çalışıb. 2016-cı ilin aprelin 12‑də isə ölkə Prezidentinin Sərəncamı ilə yeni yaradılmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin sədri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə isə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

O, Bakı Dövlət Universitetinə rektor təyin edilənə qədər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının və İdarə Heyətinin sədri vəzifələrini icra edib.

Məleykə Abbaszadə 2013-cü ildə təhsilin qiymətləndirilməsində müasir texnologiyaların səmərəli tətbiqinə görə "Şöhrət", 2023-cü ildə isə təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Məleykə Abbaszadə: "İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər