Sahibə Qafarova: "QDİƏT ölkələri süni intellekt üçün hüquqi baza formalaşdırmalıdır"
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr süni intellekt sahəsində hüquqi çərçivələr formalaşdırmalıdır.
Far.Az report-a xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar iclasında bildirib.
Onun sözlərinə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri ortaq tarix, mədəniyyət və sülh arzusu birləşdirir: "Bizim fəaliyyətimiz vacib prinsiplərə əsaslanır. Buraya demokratiya, hörmət, etimad kimi dəyərlər daxildir. Qəbul etdiyimiz qərarlar söz olaraq qalmamalıdır. Onlar konkert addımlarla müşayiət olunmalıdır. Belə ki, təşkilata üzv ölkələr arasında dialoq real siyasətə çevrilməlidir. Biz şəffaf mexanizmlər yaratmalı, dayanıqlı inkişafa diqqətimizi yönəltməliyik. Bu gün qəbil ediləcək qərarlar həm operativ, həm starateji olmalıdır".
Spiker qeyd edib ki, bu mənada rəqəmsallaşma və "yaşıl iqtisadiyyat" mühüm əhəmiyyət kəsb edir: "Süni intellekt də vacib mövzulardan biridir. Bu, artıq bütün sahələrə təsir göstərir. Bununla bağlı hüquqi çərçivələr formalaşdırmalı, region ölkələrinin süni intellektə bərabər çıxışını təmin etməliyik".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













