Valdas Dambrauskas: "Barselona" ilə oyundan zövq almalıyıq"
Far.Az xəbər saytı

Valdas Dambrauskas: "Barselona" ilə oyundan zövq almalıyıq"


"Sabah" "Barselona" ilə oyundan zövq almalıdır.

"Far.Az" xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi "Barselona"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Biz sabah meydana çıxıb, oyundan zövq almalıyıq. "Barselona"nı dünyada tanımayan yoxdur. Baş məşqçi olaraq rəqib komandada hansısa zəif nöqtələri tapmaq çətindir mənim üçün. Lakin biz layiqli mübarizə aparmağa çalışacağıq".

O, kataloniyalıların heyətində Lamin Yamalın zədə səbəbindən Bakıya gəlməməsinə münasibət bildirib:

"Bu cür dünya ulduzunun Bakıya gəlməməsi azarkeşlər üçün üzücüdür. Lakin rəqibin heyətində yetərincə tanınmış futbolçular var. Bu cür rəqibə qarşı çıxış etmək bizim üçün maraqlı olacaq".

V.Dambrauskas bu oyunda özlərinə güvəndiklərini söyləyib:

"Əlimizdən gələnin ən yaxşısını etsək belə, "Barselona" kimi dünyanın ən güclü komandasının səviyyəsinə çatmağımız mümkün deyil. Biz hələ böyüməliyik. Bu, mənim karyeramın ən önəmli matçı olmayacaq. Çünki bütün görüşlər mənim üçün vacibdir. "Barselona" kimi komandaya qol vurmaq çox yaxşı motivasiya olar".

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər