Prezident Ərdoğan: Azərbaycanın azad edilmiş torpaqları bərpa və inkişaf meydançasıdır
Tale bizə Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin şahidi olmaq imkanı verdi. Bu gün Prezident İlham Əliyevin komandanlığı ilə işğaldan azad edilən Qarabağın hər bir guşəsi vahid tikinti-bərpa meydançasının tərkib hissəsidir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 19-da Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində çıxışı zamanı deyib.
Türkiyə lideri xatırladıb ki, o, mayın 28-də Azərbaycanın Müstəqillik Günündə Laçında olub. Füzuli və Zəngilanın ardınca orada beynəlxalq hava limanı açılıb. "Qardaşım İlham Əliyevlə birlikdə yeni hava limanının açılışında iştirak etdik", - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması regionun inkişafı və bərpası istiqamətində səylərə yeni impuls verəcək.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













