Bəşir Süleymanlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib
Far.Az xəbər saytı

Bəşir Süleymanlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib


"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

"Far.Az"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Həmçinin hökmə əsasən, o, 1 il müddətə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib.

Qeyd edək ki, Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılıb.

Bu iş çərçivəsində Bəşir Süleymanlı da daxil olmaqla bir çox QHT nümayəndəsinin işi ayrı icraatlarda məhkəməyə göndərilib.

Oxşar xəbərlər

QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər