Azərbaycan Suriyaya başsağlığı verib
Far.Az xəbər saytı

Azərbaycan Suriyaya başsağlığı verib


Azərbaycan Dəməşqdə kilsədə baş verən terror hücumuna görə Suriyaya başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" hesabında paylaşım edib.

"Suriyanın paytaxtı Dəməşqdə Müqəddəs Mar Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan XİN Pakistana başsağlığı verib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər