Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxılıb
Far.Az xəbər saytı

Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxılıb


Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni bank məhsulu buraxılıb.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, bu il Agentliyin vəsaitindən istifadə qaydalarında dəyişiklik edilib: "Dəyişikliklərə əsasən, bankların verdiyi kreditlər üzrə faizlərin subsidiyalaşdırılması məhsulu yaradılıb. Bu məhsulun əsas istiqaməti dənli və paxlalı bitkilərin, texniki bitkilərin, eləcə də tərəvəz və bostan bitkilərinin, yəni birillik əkinlərin maliyyələşdirilməsidir. Kreditlərin təyinatı həmin bitkilərin becərilməsində istifadə olunan gübrə, toxum və pestisidin alınmasının maliyyələşdirilməsidir".

"Məhsulun şərtlərinə gəlincə, kreditlərin müddəti bir ilə qədərdir. Müvəkkil təşkilatların verdiyi kreditlərin 19%-lik hissəsini agentlik maliyyələşdirir. Kreditlər üzrə faizlər rüblük əsasda təşkilatlara köçürülür. Kreditin əsas məbləği müddətin sonunda ödənilir. Bu məhsulla bağlı müvəkkil təşkilatların qarşısında bir sıra vəzifələr də dayanır. Belə ki, onlar ilk növbədə bu məhsul üzrə yeni kart məhsulu buraxmalıdırlar. Ayrılmış kredit vəsaitləri yalnız həmin kart vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki (EKTİS) tapagro.az altsistemi vasitəsiylə nağdsız qaydada istifadə olunmalıdır. Beləliklə, vəsaitlərin nağd şəkildə istifadəsi tamamilə məhdudlaşdırılır və bütün ödənişlər sistem üzərindən həyata keçirilir. Bu da kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət etməyə imkan verir", - nazirlik rəsmisi əlavə edib.

Oxşar xəbərlər

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Yelo Bank IX Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər