Sovet dövrünün adamları niyə çox yaşayırlar?
Sağlam həyat tərzi uzunömürlülüyün əsas açarlarından biridir. Sovet dövründə insanların gündəlik həyatında olan bəzi sadə vərdişlər isə sağlamlığı qorumaqda və ömrü uzatmaqda mühüm rol oynayıb.
Far.Az Milli.Az-a istinadən xəbər verir ki, nevroloq Viktor Şaxnoviç bu vərdişlərin faydalarını açıqlayıb.
O, bildirib ki, sərin su ilə yuyunmaq sovet insanları üçün adi vərdişlərdən biri idi. Bu prosedur qan damarlarını gücləndirir, onların drenaj funksiyasını artırır və beləliklə baş ağrıları, bel və oynaq ağrılarını, hətta depressiyanı azaltmağa kömək edir.
Digər faydalı vərdiş isə axşam erkən yatıb səhər tezdən oyanmaqdır. Bu zaman bədən melatonin - yuxuya getməyə və keyfiyyətli dərin yuxuya kömək edən hormonun - istehsalını artırır. Nəticədə yuxu keyfiyyəti yaxşılaşır, yuxusuzluq azalır, maddələr mübadiləsi sürətlənir və artıq çəkinin qarşısı alınır. Yaxşı yuxu həmçinin ürək sağlamlığını möhkəmləndirir və psixikanın qorunması üçün vacibdir.
Sovet dövrünün ən sevilən idmanlarından biri olan xizək sürmək isə qan dövranını yaxşılaşdırır, nevroloji xəstəliklərin qarşısını alır və ürək-damar sistemi üçün böyük fayda verir.
Beləliklə, sadə, lakin təsirli bu vərdişlər həm fiziki, həm də zehni sağlamlığın qorunmasında əvəzsiz rol oynayıb və müasir dövrdə də diqqətə layiqdir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Yuxu keyfiyyətini artırmaq üçün nə etməli? – Mütəxəssislərdən faydalı tövsiyələr
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib













