Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Far.Az xəbər saytı

Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib


 

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib.

Far.Az "Report"a istinadən xəbər verir ki, ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib.

Yerli mətbuatın məhkəmə zalından yayımladığı videodan göründüyü kimi, Ayaz Səfərovun üzündə hematomalar var. Jurnalistlərin göyərtilərin mənşəyi barədə sualına cavab olaraq o, bunları saxlanılmazdan əvvəl aldığını bildirib.

"Mən saxlanılmazdan əvvəl... 25, 26-sı tarixində, xatırlamıram", – o jurnalistlərə bildirib və əlavə edib ki, özü yıxılıb.

***13:48

Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir.

Far.Az "Report"a istinadən xəbər verir ki, A. Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ayaz Səfərov bu gün məhkəməsi keçirilmiş sayça üçünçü azərbaycanlıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər