Rusiyadan etiraf - Şimal qonşumuz nə itirə bilər?
Rusiya ilə Azərbaycan arasında diplomatik qalmaqal davam edir. Hadisələr fonunda rusiyalı ekspertlər baş verənlərin Rusiya iqtisadiyyatı üçün potensial nəticələri barədə danışmağa başlayıb. Bəzi analitiklər ölkələr arasında ticarət əlaqələrinin dayana biləcəyini istisna etmirlər.
Far.Az "lenta.ru"ya istinadən xəbər verir ki, 2025-ci ilin ilk beş ayında Rusiya ilə ticarət dövriyyəsi 25 faiz artaraq 2,16 milyard dollar təşkil edib.
İqtisadiyyatda Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqənin əsas məqamları enerji və kənd təsərrüfatı məhsullarının ticarətidir.
Bildirilib ki, Azərbaycandan Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları (meyvə, tərəvəz, qoz-fındıq və s.), eləcə də plastik məmulatlar ixrac edilir. Ötən il iki ölkənin ümumi ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib.
Azərbaycanla ticarətin dayandırılması Rusiyaya necə təsir edəcək?
Azərbaycan məhsullarının Rusiyada yoxa çıxması bir sıra sənaye sahələrində çətinliklərə səbəb olacaq. Bu, xüsusilə cənub bölgələrində yanacaq, metal, taxıl və avadanlıq tədarükçülərinə təsir göstərə bilər. Xəzər dənizi ilə tranzit də risk altındadır: Rusiya Şimal-Cənub dəhlizində tərəfdaşını itirəcək.
Bundan əlavə, Azərbaycan meyvə və tərəvəzin əsas tədarükçüsüdür. Məsələn, Rusiya bazarına pomidor idxalının payı 30-35 faiz təşkil edir. Təchizat dayansa, istehlakçılar bunu hiss edəcəklər.
Rusiya prezidenti yanında Beynəlxalq Ticarət Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Knobel deyib ki həmin məhsullar Rusiyada bahalaşacaq:
"Azərbaycan qışda təzə pomidor və xurmanın aparıcı tədarükçüsüdür. Onsuz bu məhsulların qiymətləri xüsusilə ilin sonunda bahalaşacaq".
Rusiyanın İctimai-Siyasi Araşdırmalar Mərkəzinin direktoru Yuliya Davydova da bildirib ki, Azərbaycan pomidorları və ya narları olmasa, bu onları narahat edəcək.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar













