Kəmaləddin Heydərov Koreya səfiri ilə görüşüb
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Nazir Kəmaləddin Heydərov səfir Kımqu Kanqı salamlayaraq, ölkəmizdə fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan ilə Koreya arasında münasibətlərin qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayan nazir, bu çərçivədə iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə münasibətlərin daha da genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.
Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Kəmaləddin Heydərov iki dost ölkə arasında sözügedən sahədə ikitərəfli əməkdaşlığın ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb. Nazir imzalanmış müvafiq ikitərəfli sənədlər əsasında görülən işlərdən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub.
Görüşə və təbrikə görə təşəkkürünü bildirən Koreya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq iki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın daim genişləndiyindən məmnunluq ifadə edib. Səfir K.Kanq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydasından danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SƏRƏNCAM
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə
-
Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR













