Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan AÇIQLAMA
Noyabrın 24-də bəzi media orqanlarında Hacıqabul rayonunda Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirdiyi barədə məlumat yayılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Far.Az-ə bildirilib ki, hadisənin açıq kanalizasiya quyusu ilə əlaqələndirilməsi həqiqətə uyğun deyil. Hacıqabul rayonunda kanalizasiya şəbəkəsi mövcud olmadığından hadisə yerində açıq kanalizasiya quyusunun olması barədə iddia faktiki vəziyyətlə uzlaşmır.
İlkin araşdırmaya əsasən, hadisə yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik arxın bir hissəsində baş verib. Bu tip arxların dərinliyi adətən 15–20 santimetr təşkil edir. Həmin arxın kanalizasiya infrastrukturu ilə əlaqəsi yoxdur.
İlkin məlumatlara görə, mərhumun səhhətində problemlər olub. Onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi ehtimalı istisna edilmir. Ölümün dəqiq səbəbi müvafiq araşdırmanın və tibbi ekspertizanın nəticələri əsasında müəyyən ediləcək.
Qeyd edək ki, mediada 1981-ci il təvəllüdlü Şirvan sakini Namiq Babayevin Hacıqabul şəhərində kanalizasiya quyusuna düşərək həyatını itirdiyi barədə məlumat yayılmışdı.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













