Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək
Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası 2026-cı ilin aprelində Bakıda keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini, ESCAP-in icraçı katibi Armida Salsiah Alişahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qlobal çağırışların artdığı bir dövrdə regional əməkdaşlığın rolu hər zamankından daha vacibdir: "Bu kontekstdə gələcək müzakirələr üçün üç əsas təklifi vurğulamaq istərdim. Birincisi, milli, subregional və regional səviyyələrdə siyasət uyğunluğunu və koordinasiyanı gücləndirmək məqsədilə regional platformaların qurulması və möhkəmləndirilməsi vacibdir. Məsələn, ECO-nun yeni strategiyası milli iqlim hədəfləri ilə uyğunlaşdırıla bilər.
İkincisi, iqlim dəyişikliyinin ölkələrə təsirini nəzərə alaraq, xüsusilə transsərhəd nəticələrə malik daşqınlar, quraqlıq və buzlaq təhlükələrinə qarşı ortaq risk qiymətləndirmə çərçivəsinin, erkən xəbərdarlıq sistemlərinin və regional cavab koordinasiyasının yaradılması və ya təkmilləşdirilməsi zəruridir.
Üçüncüsü, davamlı və iqlimə davamlı gələcək baxışını əməkdaşlığın bütün sahələrinə inteqrasiya etməli, daha böyük siyasət uyğunluğu və sektorlararası sinerji təmin edilməlidir".
A. Alişahbana çıxışının sonunda 82-ci ESCAP Komissiya Sessiyasının 2026-cı ilin aprelində Bakıda keçiriləcəyini elan edərək, bu mühüm təşəbbüs və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir, İlham Əliyev çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə
-
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib













